Trampın Rusiyaya qarşı yeni sanksiyaları təxirə salması Konqresdə narazılıq doğurub

Şrift
🔊 Xəbəri dinlə — Babək
Trampın Rusiyaya qarşı yeni sanksiyaları təxirə salması Konqresdə narazılıq doğurub

Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar paketinin qüvvəyə minməsini təxirə salan sərəncam imzalayıb. Qərarını ABŞ-nin milli maraqları ilə əsaslandıran prezidentin addımı Konqresdə həm respublikaçıların, həm də demokratların etirazı ilə qarşılanıb. Əvvəllər tətbiq edilmiş sanksiyaların hamısının ləğv edilmədiyi bildirilir.

Respublikaçı senator Con Kornin Rusiyaya güzəştin ABŞ-nin milli təhlükəsizlik maraqlarına zidd olduğunu deyib. Senator Tom Tillis isə qərarı məsuliyyətsiz adlandıraraq, Ukraynada müharibəni davam etdirən Moskvaya güzəşt edilməsini qəbuledilməz sayıb. Demokrat senatorlar da iqtisadi təzyiqin zəiflədilməsinin Ukraynaya mənfi təsir göstərə biləcəyini bildiriblər. Ukrayna Prezidenti Volodimir Zelenski də sanksiyaların dayandırılmasını tənqid edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗