Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Ottava arasında ticarət razılaşmasının əldə olunacağına əminliyini bildirib. O, Kentukki ştatında Respublikaçılar Partiyasının tərəfdarları ilə görüşdə Kanada siyasətçilərini tənqid edib və ölkəsinin Kanada ilə iqtisadi münasibətlərdə hər il 90 milyard dollar itirdiyini iddia edib.
Tramp bildirib ki, iki ölkə arasında razılaşma gec-tez əldə olunacaq və nəticəsi yaxşı olacaq. O, Kanadanın keçmiş baş naziri Castin Trüdonu uğursuz siyasətçi adlandırıb, hazırkı hökumət başçısı Mark Karnini isə yaxşı insan kimi xarakterizə edib. Bununla yanaşı, Kanada hökumətinin ticarət siyasətini tənqid edən ABŞ Prezidenti Kanadanın xarici ticarətinin 95 faizini ABŞ ilə həyata keçirdiyini, ABŞ-nin Kanada ilə ticarətinin payının isə daha az olduğunu söyləyib. Tramp həmçinin Ottavanın ABŞ vəsaitlərindən səmərəsiz istifadə etdiyini iddia edib.
Əsas mənbə: APA
