Azərbaycanın müstəqilliyinin bərpasından 35 il keçir

Şrift
🔊 Xəbəri dinlə — Babək
Azərbaycanın müstəqilliyinin bərpasından 35 il keçir

Vətənim Media xəbər verir ki, Azərbaycanın Ali Soveti 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Sənəd 1918-ci il mayın 28-də qəbul edilmiş İstiqlal Bəyannaməsinin və müstəqilliyin bərpasına dair 1991-ci il avqustun 30-da verilmiş bəyannamənin prinsiplərinə əsaslanıb.

Dekabrın 29-da keçirilən referendumda Azərbaycan xalqı Konstitusiya Aktını dəstəkləyib. 1992-ci ildə dövlət himni, üçrəngli bayraq və gerb təsdiqlənib. 2021-ci ildə qəbul olunan qanunla mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Mayın 28-i qeyri-iş günü, oktyabrın 18-i iş günü olan bayramdır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗