Vətənim Media xəbər verir ki, Misli Premyer Liqasının VIII turunda “Qarabağ”la “Neftçi” arasında keçirilən qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Tofiq Bəhramov adına Respublika stadionunda oynanan görüşdə hər iki komanda üç dəfə fərqlənib.
Oktyabrın 17-də keçirilən nəticədən sonra hər iki klubun hesabında 17 xal olub. “Neftçi” turnir cədvəlinin ikinci, “Qarabağ” isə üçüncü pilləsində qərarlaşıb.
Əsas mənbə: APA
