Vətənim Media xəbər verir ki, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım Azərbaycanın Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdırıb. O, 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycanın ortaq tarix və mədəniyyət əsasında Türk dünyasının gələcəyinə töhfə verməyə davam etdiyini bildirib.
Yıldırım təbrikində “Bir millət, iki dövlət” ifadəsini işlədərək Azərbaycanla Türkiyənin mənəvi yaxınlığına diqqət çəkib və Azərbaycan xalqına ən səmimi arzularını çatdırıb.
Əsas mənbə: APA
