Vətənim Media xəbər verir ki, oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz hava proqnozlaşdırılır, gecə bəzi yerlərdə zəif duman müşahidə edilə bilər. Səhər cənub-şərq küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Temperatur gecə 17–20, gündüz 22–25 dərəcə isti olacaq.
Ölkənin rayonlarında hava əsasən yağmursuz keçəcək. Gündüz bəzi şərq rayonlarında, gecəyə doğru isə şimal və qərb rayonlarının ayrı-ayrı ərazilərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı ərazilərdə güclənəcək. Temperatur gecə 16–19, gündüz 25–30 dərəcə, dağlıq ərazilərdə isə gecə 7–12, gündüz 18–23 dərəcə isti təşkil edəcək.
Əsas mənbə: APA
