Vətənim Media xəbər verir ki, Salyanda baş verən yol qəzasında xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1970-ci il təvəllüdlü Müşviq Mikayılov vəfat edib. Masallı rayon sakini olan Mikayılov Salyan Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Qəza Ələt-Astara magistralının Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı sakini, 1979-cu il təvəllüdlü Nicat Şah Nəcəfovun idarə etdiyi “Mercedes” yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü və avtomobildəki iki sərnişin xəsarət alıb; yaralılar xəstəxanaya çatdırılıb.
Əsas mənbə: APA
