Vətənim Media xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsini yad edib.
APA-nın Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, rəhbər heyət əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib. Hərbi Memorial Məzarlıqda Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb və məzarların üzərinə güllər düzülüb. Ziyarət Zəfər parkında davam edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəhid ailələri və yaxınları ilə görüşərək onların qayğıları və sosial vəziyyəti ilə maraqlanıb. Şəhid ailələri Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Əsas mənbə: APA
