Vətənim Media xəbər verir ki, APA-nın Bloomberg-ə istinadla yaydığı məlumata görə, Avropa rəsmiləri Rusiyanın qitənin təhlükəsizlik arxitekturasına dair tələblərini müzakirə etməzdən əvvəl Moskvanın Ukraynada müharibəni dayandırmasını istəyirlər. Rəsmilər, o cümlədən, NATO-nun Şərqi Avropadakı mövcudluğunu faktiki olaraq aradan kaldırmağa yönəlmiş tələbləri qəbuledilməz hesab edirlər.
Bloomberg-in mənbələrinin bildirdiyinə görə, Rusiya müharibəni davam etdirərkən və mövcud razılaşmaların bir qismini pozarkən təhlükəsizlik arxitekturasını müzakirə etmək mənasızdır. Vaşinqton isə bu məsələlərin Ukrayna üzrə sülh danışıqları ilə paralel aparılmasını istəyir. ABŞ administrasiyasının Moskva ilə razılaşma axtarması bəzi Avropa paytaxtlarında narahatlıq yaradıb.
Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Avropa sülhə Rusiya Prezidenti Vladimir Putindən daha çox can atmamalıdır: “Biz sülhü Putindən daha çox istəməməliyik”.
Əsas mənbə: APA
