Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, ABŞ prezidenti Donald Tramp rusiyalı döyüşçülər Həbib Nurməhəmmədov və İslam Mahaçevə Ağ Evin mətbuat katibinin köməkçiləri vəzifəsini təklif edib.
Tramp bu barədə “Truth Social” hesabında yazıb. Təklif UFC prezidenti Dana Uaytın Ağ Evin mətbuat katibi vəzifəsini qəbul etməsi halında qüvvəyə minə bilər. Tramp Castin Qetji, Daniel Kormye, Amanda Nunes və Kayla Harrisi də köməkçi kimi cəlb etmək istədiyini bildirib.
“Bizə bu insanlar çılğın solçulardan qorunmaq üçün lazımdır. Dana, xahiş edirəm, bu vəzifəni qəbul et”, – Tramp yazıb.
Əsas mənbə: APA
