Mətbuat Şurasında azərbaycançılığın mediada təbliği müzakirə olunub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Mətbuat Şurasında azərbaycançılığın mediada təbliği müzakirə olunub

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Mətbuat Şurasında “Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda tədbir keçirilib. Şuranın sədri Vüqar Zifəroğlu informasiya müharibəsi və media manipulyasiyalarına qarşı mübarizədə azərbaycançılıq ideologiyasının, eləcə də media savadlılığının əhəmiyyətini vurğulayıb. O, media savadlılığının məktəb proqramına daxil edilməsini təklif edib.

Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov azərbaycançılığın xalqın etnoqrafik özünəməxsusluğu ilə bağlı olduğunu, etnik, dini və ümumbəşəri dəyərlər arasında tarazlığın vacibliyini qeyd edib. Milli Məclisin deputatı, professor Aydın Mirzəzadə isə mətbuat orqanlarının azərbaycançılıq ideyasının inkişafındakı rolundan danışıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗