Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri noyabrın 21-də başa çatıb.
APA-nın məlumatına görə, Hanoydakı Noi Bai Beynəlxalq Hava Limanında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fəxri qarovul dəstəsinin müşayiəti ilə yola salınıblar. Onları Vyetnam Sosialist Respublikasının Elm və Texnologiyalar Akademiyasının prezidenti Tran Honq Thai və digər rəsmi şəxslər yola salıblar.
Əsas mənbə: APA
