Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla bəzi məsələlərdə mövqelərin uzlaşdırılmasına ehtiyac olduğunu bildirib. O, “İmedi” telekanalının “Açıq efir” proqramında Azərbaycanla strateji tərəfdaşlıq və dostluq münasibətlərinin olduğunu deyib.
Kobaxidzenin sözlərinə görə, ortaq mövqeyin olmadığı məsələlərdən biri Keşikçidağla bağlıdır və bu mövzu əlavə danışıqlar tələb edir. O, Kürmük məbədində dini ayinlərin Gürcüstanın hazırkı hakimiyyəti dövründə bərpa olunduğunu da bildirib.
Gürcüstanın Baş naziri Azərbaycanla müzakirələrin davam etdiyini, məsələlərin hər iki ölkənin maraqlarına uyğun həll ediləcəyinə və tərəflərin mövqelərini uzlaşdıra biləcəyinə ümid etdiyini deyib.
Əsas mənbə: APA
