Dollarla bağlı önəmli göstəricilər açıqlanacaq: Bir neçə saat sonra

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Beynəlxalq maliyyə bazarlarında dolların qiymətlərinə təsir edə biləcək fundamental göstəricilər investorların diqqət mərkəzindədir. Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən məzənnələri təzyiq altında qalmaqdadır.

ABŞ-ın sənaye sektorunda istehsalın illik artım dinamikasının 2.8% ilə son bir ilin minimum səviyyəsinə kimi azalması dolların ucuzlaşması proqnozları üçün ciddi siqnallardır. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerika Mərkəzi Bankının sənaye sektoruna dair daha önəmli fundamental göstəriciləri açıqlanacaq.    /marja/

Vətənim Media Shorts

YouTube-da aç ↗