Quba rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən İstixeber.info-ya verilən məlumata görə, Quba rayonunun Barlı kəndində ümumi sahəsi 121 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağının tavanı 10 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İstixeber.info
