Nuşirəvan Səfərovun yerinə o təyin edildi – FOTO

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

İstixeber.info xəbər verir ki, bu vəzifəyə polis polkovniki Rəşid Piriyev təyin edilib.

Bu təyinata qədər R.Piriyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.

Qeyd edək ki, ötən gün Vilayət Eyvazovun sərəncamı ilə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov vəzifəsindən azad olunub.

İstixeber.info

Vətənim Media Shorts

YouTube-da aç ↗