Daha bir məşhur futbolçu “Barselona”da

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Pyer-Emerik Obameyanq “Barselona” ilə anlaşıb.

Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Bildirilib ki, Kataloniya klubu “Arsenal”da xoşbəxt olmayan 32 yaşlı  qabonlu hücumçunu transfer edib. Artıq adıçəkilən oyunçu bunun üçün Barselona şəhərinə gedib. Onun icarə əsasında İspaniya nəhəngində çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, Obameyanq 2018-ci ilin yanvarından London klubunun şərəfini qoruyur.

Vətənim Media Shorts

YouTube-da aç ↗