Socar Belqradda Serbiyanın dövlət enerji müəssisəsi “Serbiya
Elektrosənayesi” (EPS) və “Srbijagas” şirkəti arasında Niş
şəhərində kombinəedilmiş buxar-qaz elektrik stansiyasının inşası
layihəsinə dair Səhmdar Sazişi barədə məlumat yayıb.
Qeyd edilib ki, sənədi SOCAR prezidentinin müşaviri, “SOCAR
Türkiye”nin baş direktoru Elçin İbadov, EPS-in baş direktoru Duşan
Jivkoviç və “Srbijagas”ın baş direktoru Duşan Bayatoviç
imzalayıblar.
“500 MVt gücündə stansiyanın inşasını və birgə müəssisənin təsis
edilməsini nəzərdə tutan sənədə əsasən, birgə müəssisədə Serbiya
iştirakçılarının payı 50%, Azərbaycan tərəfinin payı isə 50% təşkil
edəcək. Sənəd tərəflərin hüquq və öhdəliklərini, birgə idarəetmə
prinsiplərini, hazırlıq mərhələsində əsas qərarların yekdilliklə
qəbul edilməsi qaydasını, həmçinin layihə işlərinin
maliyyələşdirilməsi şərtlərini təsbit edir”, – məlumatda
bildirilib.
<!—->
<!—->
(function(containerId) {
if (typeof window.loadAdVideoZL === ‘undefined’) {
window.loadAdVideoZL = new Promise((resolve, reject) => {
import(‘/vast_test/main.js?20260507001’)
.then(module => {
window.initAdVideoZL = module.default;
resolve(window.initAdVideoZL);
})
.catch(reject);
});
}
window.loadAdVideoZL.then((initAdVideoZL) => {
initAdVideoZL(containerId);
});
})(‘ad-video-container-6abe2e9a47c67’);
Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka
Cedoviç-Handanoviç, SOCAR prezidentinin müşaviri Elçin İbadov,
EPS-in baş direktoru Duşan Jivkoviç, “Srbijagas”ın baş direktoru
Duşan Bayatoviç çıxış ediblər.
Çıxışlarda bu cür layihələrin Prezident İlham Əliyevin və
Prezident Aleksandar Vuçiçin siyasi iradəsi nəticəsində ölkələrimiz
arasında formalaşmış strateji tərəfdaşlıq əlaqələrinə əsaslandığı
qeyd olunub. Layihənin Serbiyanın enerji təhlükəsizliyinin
möhkəmləndirilməsinə, elektrik enerjisi sisteminin
sabitləşdirilməsinə töhfə verəcəyi bildirilib.
Əsas mənbə: Trend
