Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası VII
çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Qəzənfər Abdullayevin deputat mandatından məhrum edilməsi ilə bağlı
qərar qəbul edib.
Qərar MSK-nın oktyabrın 1-də keçirilən növbəti iclasında qəbul
olunub.
İclasa MSK sədri Çingiz Həsənli rəhbərlik edib.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının 11 dekabr 2025-ci il
tarixli iclasının protokolu təsdiqlənib.
Sonra Qəzənfər Abdullayevin deputat mandatından məhrum
edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb.
Müraciət qanunvericiliyə uyğun qaydada araşdırılıb və məsələ ilə
bağlı müvafiq qərar qəbul edilib.
Əsas mənbə: Trend
