Millətlər Liqası: İngiltərə səfərdə Xorvatiyanı 7:0 hesabı ilə məğlub edib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Millətlər Liqası: İngiltərə səfərdə Xorvatiyanı 7:0 hesabı ilə məğlub edib

İngiltərə millisi Millətlər Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə Xorvatiyanı 7:0 hesabı ilə üstələyib. Oyun Riyekada keçirilib.

Qolları Harri Keyn (8', 53'), Cud Bellinqem (21'), Entoni Qordon (39'), Bukayo Saka (45', 68') və Morqan Rocers (87') vurublar.

Bu nəticə ilə İngiltərə səfərdə Xorvatiyanın qapısına beş və daha çox qol vuran ilk komanda olub. İngiltərənin bu rəqib üzərində səfərdə qazandığı əvvəlki tək qələbə 2008-ci ilin sentyabrında, 2010 Dünya Çempionatının seçmə mərhələsində qeydə alınmışdı (4:1).

Bu matç Xorvatiya millisinin tarixində ən ağır məğlubiyyət hesab olunur; komandanın bundan əvvəlki ən böyük məğlubiyyəti 2018-ci ilin sentyabrında İspaniyaya səfərdə 6:0 hesabı ilə uduzması olub.

Əsas mənbə: Trend

Vətənim Media Shorts

YouTube-da aç ↗