Vətənim Media xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov Hindistanın Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu və bununla bağlı təkliflər təqdim etdiyini bildirib. O, Moskvanın Hindistanın təşəbbüsünü və irəli sürdüyü fikirləri yüksək qiymətləndirdiyini deyib.
“Hindustan Times” nəşrinin yazdığına görə, Hindistan rəhbərliyi üç maddədən ibarət atəşkəs planı irəli sürüb. Təkliflərə enerji və digər infrastruktur obyektlərinə, eləcə də ticarət gəmilərinə hücumların dayandırılması daxildir. Plan həmçinin Qara dəniz limanları vasitəsilə taxıl və enerji təchizatının fasiləsiz davam etməsini nəzərdə tutur.
Əsas mənbə: APA
