Paşinyan: Azərbaycan hərbçisi hüquqi prosedurlar bitənədək Ermənistanda qalacaq

Şrift
🔊 Xəbəri dinlə — Babək
Paşinyan: Azərbaycan hərbçisi hüquqi prosedurlar bitənədək Ermənistanda qalacaq

Vətənim Media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib ki, sərhədi keçərək Şaki kəndinə daxil olan Azərbaycan hərbçisi müəyyən müddət Ermənistanda qalacaq. O, hadisə ilə bağlı hüquqi prosedurların tamamlanmasının vacibliyini vurğulayıb.

Paşinyanın sözlərinə görə, kənd sakini Ani Avetyan hadisə zamanı yaralanıb. Hərbçinin olduğu evə əvvəlcə uşaqlar yaxınlaşıb və orada tanımadıqları şəxsi gördüklərini analarına deyiblər. Qadın polisə zəng etdikdən sonra özü hadisə yerinə yollanıb və polis əməkdaşlarından əvvəl gəlib. Paşinyan bildirib ki, qadın polis əməkdaşlarını gözləsəydi, hadisələrin bu cür inkişaf etməsinin qarşısı alına bilərdi.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗