Kamil Xasiyev Avstriya prezidentinə etimadnaməsini təqdim edib

Şrift
🔊 Xəbəri dinlə — Babək
Kamil Xasiyev Avstriya prezidentinə etimadnaməsini təqdim edib

Vətənim Media xəbər verir ki, Azərbaycanın Avstriyada yeni təyin olunmuş səfiri Kamil Xasiyev etimadnaməsini Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellene təqdim edib. Mərasim Vyanada, prezident iqamətgahının yerləşdiyi Hofburq sarayında keçirilib.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Van der Bellene çatdırıb. Təqdimetmə mərasimi dövlət himnlərinin səsləndirilməsi və fəxri qarovulun qarşısından keçidlə başa çatıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗