Vətənim Media xəbər verir ki, İstanbulun Maltepe rayonunda yeddi mərtəbəli yaşayış binası uçub. Hadisə yerində aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar altından üç nəfər sağ çıxarılıb.
İstanbul valisi Davud Gülün bildirdiyinə görə, binada ümumilikdə 33 nəfər yaşayıb. Dağıntılar altında qaldığı ehtimal edilən yeddi nəfərdən dördü ilə əlaqə yaratmaq mümkün olub. Xilasedicilər axtarışları davam etdirirlər. Binanın 1987-ci ildə inşa edildiyi açıqlanıb.
Əsas mənbə: APA
