Vətənim Media xəbər verir ki, ABB yeni “TamKart Max” kredit kartını istifadəyə verib. Kartla “TAM 12” funksiyası vasitəsilə alış-veriş ödənişlərini 12 ay ərzində faizsiz ödəmək mümkündür. Bu imkan kredit limitinin 20 faizi çərçivəsində və ən çoxu 2 000 manat məbləğinə tətbiq olunur; kart sahibi müqavilə bağlandıqdan sonra 30 gün ərzində bu şərtdən yararlana bilər.
Kart üzrə əməliyyatlarda 60 günədək güzəşt müddəti nəzərdə tutulub. “Taksitə Çevir” funksiyası ilə ödənişləri 24 ayadək bölmək, partnyor mağazalardakı alışlar üzrə isə taksit müddətini ABB mobile tətbiqində uzatmaq mümkündür. Borcun vaxtından əvvəl ödənilməsinə görə faiz və komissiya tutulmur. Kartı onlayn sifariş etmək, həmçinin fiziki kart olmadan rəqəmsal formada istifadə etmək mümkündür.
Əsas mənbə: APA
