Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb

Vətənim Media xəbər verir ki, kanadalı şair, yazıçı, esseist və tərcüməçi Enn Karson 2026-cı il Ədəbiyyat üzrə Nobel mükafatının laureatı elan edilib. O, klassik ədəbi ənənələrlə yenilikçi dialoq quraraq müasir ədəbiyyatın ifadə imkanlarını genişləndirən yaradıcılığına görə mükafatlandırılıb.

1950-ci ildə Torontoda doğulan Karson antik ədəbiyyat üzrə tədqiqatçı və universitet professorudur. Toronto Universitetində təhsil alıb, 1981-ci ildə doktorluq dərəcəsi qazanıb, daha sonra ABŞ və Kanadadakı bir sıra universitetlərdə dərs deyib. Əsərlərində qədim yunan mifologiyasını müasir ədəbiyyatla birləşdirən müəllif poeziya, nəsr və esse formalarından istifadə edir. Onun tanınmış kitabları arasında “Autobiography of Red”, “The Beauty of the Husband”, “Nox” və “Red Doc” yer alır. Karson daha əvvəl “Griffin” poeziya və “T. S. Eliot” mükafatları ilə yanaşı, 2020-ci ildə Asturiya Şahzadəsi, 2021-ci ildə isə “PEN/Nabokov” ədəbiyyat mükafatını qazanıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗