Kiyevə hücumda 3 nəfər həlak olub, 14 nəfər yaralanıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Kiyevə hücumda 3 nəfər həlak olub, 14 nəfər yaralanıb

Vətənim Media xəbər verir ki, Kiyevə endirilən zərbə nəticəsində üç nəfər ölüb, 14 nəfər xəsarət alıb. Bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.

Merin bildirdiyinə görə, yaralılardan səkkizi xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Kliçko paytaxtın Şevçenkovski rayonunda da yeni zərbə qeydə alındığını bildirib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗