“AzerGold” rəhbəri “Yüksəliş” qalibi ilə fərdi inkişaf planını müzakirə edib

Şrift
🔊 Xəbəri dinlə — Babək
“AzerGold” rəhbəri “Yüksəliş” qalibi ilə fərdi inkişaf planını müzakirə edib

Vətənim Media xəbər verir ki, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin 5-ci mərhələsinin qalibi Toğrul Xəlilovla Mentorluq proqramı çərçivəsində növbəti görüşünü keçirib. Görüşdə Xəlilov peşəkar və idarəetmə bacarıqlarını inkişaf etdirmək üçün hazırladığı Fərdi İnkişaf Planını təqdim edib, hədəflərini və onlara çatmaq üçün nəzərdə tutduğu addımları izah edib.

İbrahimov planla bağlı fikirlərini bölüşərək idarəetmə, liderlik və işin səmərəli təşkili üzrə tövsiyələr verib. O, inkişaf istiqamətlərinin düzgün seçilməsinin, məqsədlərin ardıcıl həyata keçirilməsinin və nəticələrin mütəmadi qiymətləndirilməsinin vacibliyini qeyd edib. Tərəflər qarşıdakı dövr üçün Xəlilovun peşəkar inkişafı və idarəçilik bacarıqlarının artırılması üzrə prioritetləri də nəzərdən keçiriblər.

“Yüksəliş” müsabiqəsi perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və kadr ehtiyatının formalaşdırılması məqsədilə 2019-cu ildə təsis edilib. Müsabiqənin Mentorluq proqramı qaliblərin idarəçilik qabiliyyətlərinin və praktiki təcrübəsinin inkişafına, eləcə də peşəkar yüksəlişinə dəstək verir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗