Moskva vilayətində dron hücumu nəticəsində bir nəfər ölüb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Moskva vilayətində dron hücumu nəticəsində bir nəfər ölüb

Vətənim Media xəbər verir ki, Moskva vilayətinin Klimovsk şəhərində dron hücumu nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər yaralanıb. Məlumatı vilayətin qubernatoru Andrey Vorobyov açıqlayıb.

Qubernatorun bildirdiyinə görə, hücumdan sonra üç avtomobil yanıb, yaxınlıqdakı çoxmənzilli binanın pəncərələri sınıb. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗