Vətənim Media xəbər verir ki, “Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində Dortmund “Borussiya”sı ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb. Biletlərin qiyməti 15 manatdan 650 manatadək dəyişir; aralıq qiymətlər 40, 50, 75 və 120 manatdır.
Azərbaycan çempionu ilə Almaniya klubu oktyabrın 20-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcək. Saat 20:45-də başlanacaq qarşılaşmaya biletləri onlayn əldə etmək mümkündür. “Sabah”ın “Slaviya” ilə oktyabrın 13-də keçiriləcək ilk ev matçının biletlərinin satışı da davam edir.
Əsas mənbə: APA
