Vətənim Media xəbər verir ki, 7–11 oktyabrda keçirilən 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan nəşriyyatlarının iştirakı ilə işgüzar görüşlər təşkil olunub. Sərgidə Mədəniyyət Nazirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə milli stend qurulub.
Tədbirin ilk iki günündə “Ağıllı bala”, “Everest”, MİMTA, “Ali və Nino”, “Libra” və “TEAS Press” nəşriyyatlarının təmsilçiləri B2B formatında görüşlər keçiriblər. “Asiya” təqdimat səhnəsində təşkil olunan “Avrasiya kitab bazarları” panelində regionun, o cümlədən Azərbaycanın nəşriyyat sahəsinin inkişaf perspektivləri, kitab bazarının vəziyyəti və beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Mədəniyyət Nazirliyinin nümayəndələri NORLA təşkilatının rəhbərliyi ilə görüşərək Azərbaycan və Norveç arasında ədəbi əlaqələri, tərcümə və nəşr əməkdaşlığını, eləcə də Norveçin Bakı Beynəlxalq Kitab Sərgisində fəxri qonaq ölkə kimi iştirakını müzakirə ediblər.
Əsas mənbə: APA
