Vətənim Media xəbər verir ki, UEFA-nın Berlində keçirilən toplantısında qurumun 55 üzv milli assosiasiyasından 54-ü FIFA-nın hazırkı rəhbərliyinə etimadını itirdiyini bildirib. Bu mövqeyə qoşulmayan yeganə assosiasiya AFFA olub.
Görüşdə FIFA-nın idarəetmə sisteminin yenilənməsi, maliyyə şəffaflığının artırılması və milli assosiasiyalara əlavə 10 milyon dollar ayrılması təklifləri müzakirə edilib. İştirakçılar UEFA prezidenti Aleksandr Çeferinin yenidən namizədliyini dəstəkləyiblər. Çeferi 2027-ci il aprelin 22-də Astanada keçiriləcək Konqresdə namizəd olacağını təsdiqləyib. FIFA-ya hazırda Canni İnfantino rəhbərlik edir.
Əsas mənbə: APA
