Vətənim Media xəbər verir ki, ABŞ hərbçiləri İrana qarşı genişmiqyaslı əməliyyatları bərpa etmək variantlarını müzakirə edirlər. “The New York Times”ın ABŞ administrasiyasının adları açıqlanmayan rəsmilərinə istinadən yaydığı məlumata görə, bu planlar prezident Donald Trampın münaqişənin mümkün gedişi barədə ziddiyyətli açıqlamalarına baxmayaraq nəzərdən keçirilir.
Nəşrin yazdığına görə, yaxın vaxtlarda Yaxın Şərqə üç aviadaşıyıcının göndərilməsi planlaşdırılır. Pentaqonun raket və pilotsuz uçuş aparatlarının saxlandığı anbarlara, həmçinin başqa hərbi və enerji obyektlərinə zərbələr üçün planlar hazırladığı bildirilir. Qəzet qeyd edir ki, son aylarda Pentaqon və Trampın milli təhlükəsizlik komandası İrana, eləcə də Yəməndəki husilərə qarşı geniş əməliyyatlarla bağlı prezidentə beş təklif təqdim edib, lakin Tramp onların hamısını rədd edib. Administrasiyadakı bəzi şəxslər hərbi addımların Tehranın siyasətinə təsir etməyəcəyini düşünür, digərləri isə iqtisadi təzyiqin nəticə verəcəyinə və güzəştlər üçün əlavə vaxtın lazım olduğuna inanırlar.
Əsas mənbə: APA
