1898-ci ildə Lənkəranda şair ailəsində doğulan Hacıməmməd Ələkbər oğlu Quliyev (Qafqazlı)…

Şrift
1898-ci ildə Lənkəranda şair ailəsində doğulan Hacıməmməd Ələkbər oğlu Quliyev (Qafqazlı)…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə 1898-ci ildə Lənkəranda şair ailəsində doğulan Hacıməmməd Ələkbər oğlu Quliyev (Qafqazlı)….

1898-ci ildə Lənkəranda şair ailəsində doğulan Hacıməmməd Ələkbər oğlu Quliyev (Qafqazlı) əvvəlcə mollaxanada oxuyub, 9 yaşından isə 7-ci rus-müsəlman məktəbində təhsilini davam etdirib.14 yaşından Orucov qardaşlarının mətbəəsində mürəttib kimi əmək fəaliyyətinə başlayıb. Sənətə, teatra olan hədsiz marağı həmin dövrdə Seyid Hüseyn, Nəriman Nərimanov və bir sıra tanınmış maarifçilərlə, ziyalılarla yaxından tanışlığına səbəb olub. Məhz bu maraqla 1920-ci ildə Maştağada ilk fəhlə-kəndli klubu yaradıb və klubun nəzdində dram dərnəyi təşkil edib.

Burada Azərbaycan dramaturqlarının əsərlərini tamaşaya qoyaraq, rejissor kimi fəaliyyət göstərib. Onun istedadını görən Abbas Mirzə Şərifzadə təkidlə Milli Dram Teatrına dəvət edib. Dəvəti qəbul edən aktyor o vaxtdan ömrünün sonuna qədər bu teatrda çalışıb.

İlk rolu isə Hüseyn Cavidin "Uçurum" pyesində olub. Bundan sonra teatrın səhnəsində 200-dən artıq müxtəlif səpkili obrazlar yaradıb, teatr sahəsindəki xidmətlərinə görə "Azərbaycan SSR əməkdar artisti" (1943) fəxri adına layiq görülüb. Hacımemməd Qafqazlı teatrda çalışmaqla bərabər "Fətəli xan", "Bir məhəllədən iki nəfər", "Yeddi oğul istərəm…", "Şərikli çörək" və s.

filmlərdə çəkilib. Aktyorun son ekran işi "Mosfilm"in istehsal etdiyi "Tehran-43" filmi olub. Teatr aləminə gəldiyi gündən H.

Qafqazlı dramaturq Cəfər Cabbarlı ilə yaxın dost olub. Hacıməmməd Qafqazlı 1982-ci il sentyabrın 21-də, 84 yaşında Bakıda vəfat edib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗