Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycan filmlərində nənə obrazını yaradan bu xanım haqqında qısa paylaşım etməyi özümə….
Azərbaycan filmlərində nənə obrazını yaradan bu xanım haqqında qısa paylaşım etməyi özümə borc bildim. Törəxanım Zeynalova 1895-ci ildə Bakının İçərişəhər məhəlləsində doğulub. O, Musiqili Komediya Teatrında səhnə geyimləri rəssamı vəzifəsində çalışırdı.
Onun istedadı rejissor Arif Babayevin diqqətini çəkir və çox təkid edildikdən sonra özünü aktrisa kimi sınayır. O, ilk rolunu 1938-ci ildə Viktor Tyurinin “Bakılılar” filmində ifa edib. Bir il sonra isə Səməd Mərdanovun “Kəndlilər” (1939) filmində iştirak edir.
Onun yaradıcılıq həyatında Tofiq Tağızadənin (“Əsl dost”, 1959), T. Sasanpurun (“Mollanın sərgüzəşti”, 1960), Rauf Kazımovskinin (“Poçt qutusu”, 1967), Şamil Mahmudbəyovun (“Qaraca qız”, 1966), “Torpaq. Dəniz.
Od. Səma” (1967) və “Şərikli çörək” (1969) filmləri, Arif Babayevin (“Gün keçdi”, 1971) filmlərindəki rolları yer alıb. Törəxanım Zeynalovanın iştirak etdiyi işlər arasında 1970-ci ildə çəkilmiş tibb bacısı rolu "Fitil" kinojurnalının “Sorin” adlı məqaləsində xüsusi qeyd edilir.
Aktrisanın ən yaddaqalan rolu isə Arif Babayevin rejissoru olduğu “Uşaqlığın son gecəsi” filmindəki nənə obrazıdır. Bu film zamanı o, 73 yaşında idi. Filmə daxil olan "Balam üçün alma saxlamışam aa, görüm hara qoymuşam, ay Allah" ifadəsi xalq arasında olduqca məşhurlaşıb.
Filmin işıq üzü görməsindən sonra sovet-azərbaycan tənqidçiləri qeyd edirlər ki:“Nənə obrazı öz rəngarəng ifası ilə seçilir. Bizdə çox az aktyor olub ki, kiçik rolları ilə tamaşaçıların qəlbində əbədi yaşamaq haqqını qazanıb. Törəxanım Zeynalova məhz onlardan biridir.”Filmin çəkilişləri zamanı aktrisanın yaşı çox olduğu üçün eşitmə qabiliyyəti zəif idi.
Lakin film heyəti bunun filmin çəkilişlərinə mane olmadığını, əksinə təbii səhnələrin yaranmasına səbəb olduğunu bildirir. Çəkilişlər zamanı bəzi səhnələr ssenaridən kənar, ani şəkildə yaranıb, bu da filmin uğurlu alınmasına töhfə verib. Aktrisa sonuncu dəfə 1972-ci ildə Tofiq Tağızadənin "Qızıl qaz" filmində rol alıb.
Törəxanım Zeynalova 6 yanvar 1974-cü ildə Bakıda vəfat edib… RUHU ŞAD OLSUN!
