Rejissor Lətif Səfərovun — həyatı və yaradıcılığı

Şrift
Rejissor Lətif Səfərovun — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Rejissor Lətif Səfərovun — həyatı və yaradıcılığı.

Rejissor Lətif Səfərovun 1955-ci ildə çəkdiyi "Bəxtiyar' filmini görməyən az adam olar. Hətta Azərbaycan televiziyası da 1956-cı ildə bu filmin nümayişi ilə fəaliyyətə başlayıb. Biz isə bu filmdə əsas rollardan biri olan Saşanın kimliyi barədə danışacağıq.

Filmi beynəlmiləl xarakterli etmək üçün başqa ölkədən dəvət olunan baş rol ifaçılarından biri də Tamara Çernovadır. O, artıq ittifaqda tanınmış aktrisa idi. Saşa Bəxtiyarın uşaqlıqdan bir yerdə böyüdüyü qonşu qızıdır.

Saşa uşaqlıqdan oğlan paltarları geyən, oğlanlarla dostluq edən, dəcəl bir qızdır. Lakin Bəxtiyara olan məhəbbəti onu tamamilə dəyişdirir. Bəxtiyardan ayrı düşüb Moskvada təhsil almasına baxmayaraq o, Bəxtiyarı unuda bilmir.

Və taleyin qisməti onları yenidən birləşdirir. Bəs bu obrazı yaradan Tamara Çernova haqqında daha nə bilirik? Tamara Çernova 1928-ci ildə Sverdlovskda (indiki Yekaterinburq) doğulub.

Atası Aleksandr Çernov partiya işçisi, anası Anastasiya isə maliyyəçi olub. Ailədə 3 qız uşağından biri olan Tamaranın Viktoriya adlı əkiz bacısı və Klara adlı böyük bacısı olub. Böyük Vətən Müharibəsi illərində "Uralmaş" zavodunda çalışıb, həmçinin, hospitallarda növbətçi olub.1947-ci ildə Kiyevdə Rus teatrının teatr studiyasını bitirib, daha sonra Leninqrada yollanaraq Teatr institutunun aktyorluq fakültəsinə qəbul olunub və bir ilə yaxın burada təhsil alıb.

1950-ci ildə filmlərin çox az çəkildiyi dövrdə ekranlara çıxan "Qoçaq insanlar" filmində debüt edən Tamara dərhal məşhurlaşır. Həmin il ailə quran aktrisa tezliklə ana olduğu üçün yeni filmlərdə çəkilmək təkliflərinə razı olmurdu. Bu filmin təqdimatından sonra o, Moskva Bədii Akademik Teatrının məktəb-studiyasının ikinci kursuna qəbul olunur.

Buranı 1953-cü ildə bitirdikdən sonra "Mossovet" adına Teatrın truppasında fəaliyyətə başlayır. 1955-ci ildə "Bakı kinostudiyası"nın çəkdiyi "Bəxtiyar" filmində Saşa rolunu ifa edir və Rəşid Behbudovun tərəf müqabili olur. Bu film onu Azərbaycan tamaşaçısına sevdirir.

Sonralar bir neçə filmə çəkilsə də, 1991-ci ildə səhhətindəki problemlərlə əlaqədar teatrdan ayrılan Tamara Çernova hazırda Rusiyada yaşayır, 98 yaşı var və RSFSR-in əməkdar artistidir…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗