Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əlisəttar Atakişiyev — həyatı və yaradıcılığı.
Əlisəttar Atakişiyev 1906-cı ildə Bakıda doğulub. 1927-1931-ci illərdə Moskva Ali Rəssamlıq Texniki məktəbində, 1931-1936-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsində təhsil alıb. Estoniyanın ilk rəngli filmini çəkib.
Kino operatoru, rejissor və rəssam Əlisəttar Atakişiyev 1960-cı ildə Azərbaycan əməkdar incəsənət xadimi adına layiq görülüb. Üzeyir Hacıbəyovun eyniadlı musiqili komediyaları əsasında çəkilmiş "Arşın mal alan" (1945, M. Dadaşovla birgə), "O olmasın, bu olsun" (1956) filmlərinin quruluşçu operatoru olub.
O,Moskvada çapdan çıxmış "İbrahimin sərgüzəştləri" əsərinin müəllifidir. Rejissor həmin əsərin ekran variantını yaratmaq arzusunda idi. Onun necə böyük sənətkar olduğunu bilmək üçün filmoqrafiyasına nəzər yetirək: Arşın mal alan (film, 1945)-Quruluşçu operator; Azərbaycanın müalicə ocaqları (film, 1951)-Quruluşçu rejissor və Quruluşçu operator; Bakılılar (film, 1938)-Operator; Bir ailə (film, 1943)-Quruluşçu operator; Bir qalanın sirri (film, 1959)-Quruluşçu rejissor; Bizim küçə (film, 1961)-Quruluşçu rejissor; Doğma xalqıma (film, 1954)-Quruluşçu operator; Fətəli xan (film, 1947)-Quruluşçu operator; İstintaq davam edir (film, 1966)-Quruluşçu rejissor; Xalq Yaradıcılığı Festivalı (film, 1937)-Quruluşçu rejissor və Quruluşçu operator; Qərib cinlər diyarında (film, 1977)-Quruluşçu rejissor; Mahnı belə yaranır (film, 1957)-Geyim rəssamı; Nağıl dünyasının sakini.
Əlisəttar Atakişiyev (film, 2015)-Əlisəttar Atakişiyev xatirəsinə həsr edilib. O olmasın, bu olsun (film, 1956)-Quruluşçu Operator; Sehrli xalat (film, 1964)-Quruluşçu rejissor, Ssenari müəllifi; Səhər nəğməsi (film, 1950)-Quruluşçu operator; Sovet Azərbaycanı (film, 1950)-Quruluşçu operator; Sovqat (film, 1942)-Quruluşçu rəssam; Sualtı qayıq "T-9" (film, 1943)-Quruluşçu operator; Şöhrət, yaxud unudulan adam (film, 2003)-Əlisəttar Atakişiyev xatirəsinə həsr edilib. Uzaq sahillərdə (film, 1958)-Quruluşçu operator.
Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada Qocalar evində vəfat edib, Kuntsevo məzarlığında dəfn olunub… ALLAH RƏHMƏT ELƏSİN!
