Ziya (Ziyəddin) Əhmədcanoviç Kurmakayev — həyatı və yaradıcılığı

Şrift
Ziya (Ziyəddin) Əhmədcanoviç Kurmakayev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ziya (Ziyəddin) Əhmədcanoviç Kurmakayev — həyatı və yaradıcılığı.

Ziya (Ziyəddin) Əhmədcanoviç Kurmakayev 1911-ci ildə Saratov quberniyasının Kuznets qəzasının Tatar Şəmalağı kəndində doğulub. Kiçik yaşlarından Bakıya köçüb, burada "Gənc mədənçi" neft məktəbini bitirərək Budyonnı adına mexaniki zavodda işləyib.1930-cu ilin sonlarından komsomol işində çalışıb.1933-cü ildə Sovet Ordusu sıralarına çağrılaraq Tiflis şəhərində avtomobil, zirehli maşın və tank hissəsində hərbi xidmət keçib.1937-ci ildə Bakı Şəhəri Lenin (hazırkı Sabunçu) Rayon Zəhmətkeş Deputatları Soveti sədrinin müavini vəzifəsinə irəli çəkilib və həmin il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinə keçirilib. 1939-cu ilin dekabr ayından Azərbaycan SSR xalq torpaq komissarının müavini, sonra isə Azərbaycan SSR Xalq sovxozlar komissarı olub.

Böyük Vətən müharibəsi illərində Sovet Ordusunun müxtəlif hissələrində siyasi işdə çalışıb, 1942-ci ilin yayından isə Qərb cəbhəsində diviziyanın siyasi şöbə rəisi olub. Mərkəzi, birinci, ikinci və üçüncü Belorusiya cəbhələrində müxtəlif komanda-siyasi vəzifələrdə fəaliyyət göstərib. Ordudan tərxis olunduqdan sonra Azərbaycan KP MK-nın kənd təsərrüfatı və sənaye şöbələrində rəhbər vəzifələrdə işləyib, 1946-cı ildən 1949-cu ilədək ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbində oxuyub.

Azərbaycan SSR avtomobil nəqliyyatı naziri, sonra isə yenidən Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsinin müdiri olub.1967-ci ilin aprel ayından Azərbaycan SSR Nazirlər Soveti Dövlət Əmək Ehtiyatlarından İstifadə Komitəsinin sədri, 1976-cı ilin noyabr ayında qurumun yenidən təşkil edilməsindən sonra isə Azərbaycan SSR Dövlət Əmək Komitəsinin sədri vəzifələrində işləyib.1980-ci ilin dekabr ayında təqaüdə çıxıb. Ziya Kurmakayev 1981-ci il mayın 9-da Bakıda vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗