Ulu babası Şuşalı şair Kərbəlayi Ağakisi olan İsmayıl Mirzə Qasım oğlu (Şəms) 1912-ci ild…

Şrift
Ulu babası Şuşalı şair Kərbəlayi Ağakisi olan İsmayıl Mirzə Qasım oğlu (Şəms) 1912-ci ild…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ulu babası Şuşalı şair Kərbəlayi Ağakisi olan İsmayıl Mirzə Qasım oğlu (Şəms) 1912-ci ild….

Ulu babası Şuşalı şair Kərbəlayi Ağakisi olan İsmayıl Mirzə Qasım oğlu (Şəms) 1912-ci ildə Təbriz şəhərində doğulub. İbtidai təhsilini Təbrizdə,orta təhsilini isə Firdovsi məktəbində alıb. Daha sonra Tehran Universitetinin hüquq fakültəsinə daxil olub.

Universiteti bitirdikdən sonra Tehran Gömrük İdarəsində baş müfəttiş işləyib. Üç ay sonra rüşvət almadığı üçün işdən qovulub. Daha sonra hərbi xidmətə çağırılıb.

Hərbi xidməti bitirdikdən sonra 1939-cu ildə Təbrizə köçərək hüquqşünas kimi fəaliyyət göstərməyə başlayıb. 1941-ci ilin oktyabr ayında İsmayıl Şəmsin təşəbbüsü ilə Təbrizdə Azərbaycan Cəmiyyəti yaradılıb 1945-ci il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsi yaradıldıqdan sonra Hacı Əli Şəbüstəri tərəfindən Təbrizə dəvət olunub. Firqənin mərkəzi komitəsinə üzv seçilib.1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub.

İsmayıl Şəms Azərbaycan Ali Məhkəməsinin və müsadirə komissiyasının üzvü olub.1946-cı il yanvar ayında keçirilmiş Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsinin plenumunda Həsən Nonəhal, Mirqasım Çeşmazər və İsmayıl Şəms partiyanın Mərkəzi Təftiş Komissiyasına üzv seçiliblər.1946-cı il yanvarın 15-də Azərbaycan Milli Hökumətinin Konstitusiyasının yazılması ilə bağlı 15 nəfərlik komissiya yaradılıb. Bu komissiyaya İsmayıl Şəms də daxil olub. Azərbaycan Milli Hökumətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin 247-ci sayından 293-cü sayına qədər redaktoru olub.

Daha sonra isə Milli Məclisin rəsmi orqanı olan "Azad Millət" qəzetinin redaktoru olub. 1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdı.

Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi.

Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər, eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi.

İsmayıl Şəms Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra 1 il Təbrizdə, 6 ay isə Tehranda gizli yaşayıb. Təqib olunduğu üçün 1948-ci ildə gizli şəkildə sərhədi keçərək Türkmənistan SSR ərazisinə keçib. Burada həbs olunaraq Aşqabada aparılıb.

2 il Aşqabadda həbsxanada saxlanılaraq işgəncələrə məruz qalıb. Daha sonra Marı şəhərinə aparılıb. Burada sərhədi qanunsuz keçdiyinə görə əvvəlcə Tayşetə, daha sonra isə Bratsk şəhərinə sürgün olunub.

Bir neçə ay burda qaldıqdan sonra Tacikistana göndərilib. Tacikistan Dövlət Nəşriyyatında, Tacik Radio Verilişləri Komitəsində tərcüməçi və Tacikistan Dövlət Universitetində fars dili müəllimi kimi fəaliyyət göstərib. Stalinin ölümündən sonra, 1954-cü ildə Bakıya qayıdıb.1954–1960-cı illərdə "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin redaktoru olub.1956-cı ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olub.1960-cı ildə Azərbaycan Dövlət Universitetinə ərəb dili müəllimi vəzifəsində işləmək üçün dəvət olunub.

Özbək ədəbiyyatı antologiyasını, macar yazıçısı Mor Yokainin "Sarı gül" əsərini, Maksim Qorkinin əsərlərinin on birinci cildini, Sədi Şirazinin "Gülüstan" əsərini, Hüseyn Cavidin əsərlərinin dördüncü cildində Fars məktublarını və Məhəmmədəli Tərbiyətin "Danişməndane Azərbaycan" (Azərbaycanın görkəmli elm və sənət adamları) kitabını Azərbaycan dilinə tərcümə edib. 1989–1991-ci illərdə Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin Ərəb dili kafedrasının müdiri kimi fəaliyyət göstərib. "Əmək veteranı" medalı ilə təltif olunub.1998-ci ildə yaradılmış "21 Azər" qrupunun üzvlərindən biri olub.

2008-ci ildə Bakıda vəfat edib… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗