Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sadəcə Qönçəbəyim kimi tanınan Qönçəbəyim Naxçıvanskaya Naxçıvan xanları ailəsindən olan….
Sadəcə Qönçəbəyim kimi tanınan Qönçəbəyim Naxçıvanskaya Naxçıvan xanları ailəsindən olan Azərbaycan şairəsidir. Naxçıvanın sonuncu xanı Ehsan xanın qızıdır. Doğum tarixi 1827-ci il göstərilir.
O, Naxçıvanda açılmış rus məktəbinə daxil olub, rus və fars dillərini öyrənib. Şərq ədəbiyyatına böyük maraq göstərib. "Qönçeyi-ülfət" ədəbi məclisinin iştirakçılarından olub.
"Bəyim" təxəllüsü ilə lirik şerlər yazıb."Şahzadə İbrahim" dastanına daxil edilən və Bəyimin dilindən deyilən şerlərin bir qisminin ona aid olduğu ehtimal olunur. Ehsan xanla tanış olan gürcü şairi Nikolaz Barataşvili Naxçıvanda olarkən onunla görüşub(1845), yaradıcılığı ilə maraqlanıb, ona həsr etdiyi ("Qoncəbəyimin nəğməsi") bir şerini gürcü əlifbası ilə köçürərək, tərcümə olunmaq üçün Tiflisə göndərmişdi. O, həmin şeirin məclislərdə oxunması üçün xanəndə Səttara və şəkili Cəfərə verilməsini məsləhət görmüşdü.
İ. K. Yenikolopovun yazdığına görə, Barataşvilinin ondan tərcümə etdiyi bir şeri xanəndə Səttar gürcü dilində ifa edirmiş.
Xanlığın Rusiya tərəfindən işğal edilməsindən sonra ailə soyadını Naxçıvanskaya olaraq dəyişdirib. Qönçəbəyim xanımın iki qardaşı İsmayıl xan Naxçıvanski və Kəlbəli xan Naxçıvanski Rusiya imperiyasının məşhur generallarından olub. Bu qardaşların bir neçə övladı da hərbçi olub.
Bunlardan ən məşhuru isə tarix dərsliklərindən rus çarı II Nikolayın yeganə müsəlman yavəri kimi tanıdığımız Hüseyn xan Naxçıvanskidir… Qönçəbəyim xanımın vəfat etmə tarixi haqqında dəqiq məlumat yoxdur… RUHU ŞAD OLSUN!
