Vətənim Media xəbər verir ki, 8 noyabr Zəfər Günü və 9 noyabr Dövlət bayrağı günü ilə əlaqədar gələn ay dörd gün ardıcıl iş olmayacaq. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən həmin istirahət günü bayramdan sonrakı ilk iş gününə — 10 noyabra keçirilir.
Noyabrın 7-si şənbə olduğuna görə 7, 8, 9 və 10 noyabr qeyri-iş günləri olacaq. Noyabrın 12-də qeyd edilən Konstitusiya Günü və 17 noyabr Milli Dirçəliş Günü isə iş günü hesab edilən bayramlardır.
Əsas mənbə: APA
