Lütvəli Zülqədərov (tarixi ədəbiyyatda Niftəli bəy yazılır əslində, Lütvəli bəydir) 1881-…

Şrift
Lütvəli Zülqədərov (tarixi ədəbiyyatda Niftəli bəy yazılır əslində, Lütvəli bəydir) 1881-…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Lütvəli Zülqədərov (tarixi ədəbiyyatda Niftəli bəy yazılır əslində, Lütvəli bəydir) 1881-….

Lütvəli Zülqədərov (tarixi ədəbiyyatda Niftəli bəy yazılır əslində, Lütvəli bəydir) 1881-ci ildə Yelizavetpol quberniyasında iri mülkədar ailəsində doğulub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Lütvəli bəy əvvəlcə Cəbrayıl (Karyagin, indiki Füzuli) qəzasının 2-ci sahə polisinin, Yelizavetpol (Gəncə) qəza polisinin 3-cü sahəsinin pristavı, habelə Ərəş qəzasında pristav vəzifəsində işləmişdi. Əhalinin böyük hörmətini qazanmışdı.

Lütvəli bəy əvvəllər Peterburqda çar II Nikolayın sarayında qulluq etmiş, imperator və imperatriça Mariya Fyodorovna tərəfindən yüksək dövlət mükafatlarına layiq görülmüşdü. O, 1918-ci il oktyabrın 12-də Daxili işlər naziri Behbud xan Cavanşirin 78 nömrəli əmri ilə Şamaxı qəzasının müvəqqəti rəisi vəzifəsinə təyin edilib və bu vəzifədə 1919-cu ilin iyununadək xidmət göstərib. Daxili işlər naziri N.

Yusifbəylinin 23 iyun 1919-cu il tarixli 85 nömrəli əmri ilə Göyçay qəzasının rəisi (1-ci dərəcə üzrə 3.000 manat əmək haqqı ilə) təyin olunmuşdu. Lütvəli (Niftəli) bəy Zülqədərovun qəza rəisi kimi sonuncu vəzifəsi Cavad qəzasında olub. AXC-nin Daxili işlər naziri M.

H. Hacınskinin 1920-ci il 14 fevral tarixli 488 nömrəli əmri ilə L. Zülqədərov Göyçay qəzasaının rəisi vəzifəsindən azad olunub, mərkəzi Tərtər olan Cavanşir qəzasının rəisi təyin edilmişdi.

L. Zülqədərov Cavanşir qəza rəisi vəzifəsində cəmi bir ay xidmət göstərmişdi. 1920-ci il martın 19-da daxili işlər naziri M.

Vəkilovun əmri ilə Lütvəli bəy bu vəzifədən azad olunub, onun yerinə Mustafa bəy Qabulov təyin edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Lütvəli bəy Gəncədə yaşayırdı. O, 1920-ci il Gəncə üsyanında (24 may-4 iyun) işğalçı XI orduya qarşı yerli əhalinin sırasında axıradək vuruşmuşdu.

Üsyan yatırıldıqdan sonra Türkiyədən ona Gəncədən çıxıb oraya gəlmək təklif olunmuşdu, lakin Lütvəli bəy buna razı olmamışdı və rus – bolşeviklər onu tutub elə 1920-ci ilin iyun ayında güllələmişdilər. Onun ailəsi və nəsli də repressiyaya məruz qalmışdı. Zülqədərovlar təqibdən yaxa qurtarmaq üçün Mehralıyev soyadını qəbul etmişdilər…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗