Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Azərbaycanda 3 nəfər qadın Milli Qəhrəman var..
Azərbaycanda 3 nəfər qadın Milli Qəhrəman var. Qısaca olaraq onları xatırladaq-hamı yadda saxlasın! Salatın Əziz qızı Əsgərova: (16 dekabr 1961, Bakı –9 yanvar 1991, Laçın) Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı.
1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilən Salatın Əsgərova Azərbaycanın Birinci Qarabağ müharibəsində həlak olan ilk xanım jurnalistidir. Gültəkin Əsgərova -1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollanıb. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır.
Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır. Buraya yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Lakin, atəş səslərinin gücləndiyini eşidir.
Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub. Onu özündən də kiçik olan dəmir tabutda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə UAZ-la gətirmişdilər.1992-ci ildə Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşayıb.
Daha sonra ailəsi Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonralar isə stüardessa kimi işləməyə başlayıb. "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsinin qəzasında həlak olan ekipaj üzvlərindən biri idi. Aktau şəhərində qəzəya uğrayan AZAL-a məxsus təyyarədə stüardessa kimi fəaliyyət göstərən Hökumə Əliyeva son dəqiqələrə qədər sərnişinləri sakitləşdirməyə çalışaraq "Hər şey yaxşı olacaq!" kəlmələri ilə məşhurlaşıb.
Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub…
