Rusiyanın imperatoru III Aleksandr(1881-1894), imperatriça Mariya Fyodorovna və onların u…

Şrift
Rusiyanın imperatoru III Aleksandr(1881-1894), imperatriça Mariya Fyodorovna və onların u…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Rusiyanın imperatoru III Aleksandr(1881-1894), imperatriça Mariya Fyodorovna və onların u….

Rusiyanın imperatoru III Aleksandr(1881-1894), imperatriça Mariya Fyodorovna və onların uşaqları Nikolay və Georgi 8-9 oktyabr 1888-ci ildə Bakıya səfər edib. Bu, Rusiya monarxlarının Bakıya ilk və yeganə səfəridir. İmperator və onun ailəsinin səfəri zamanı Bakı şəhəri artıq 29 il idi ki, Bakı quberniyasının inzibati mərkəzi idi və əhalisinin sayına görə Qafqazda ikinci yeri tuturdu.1888-ci ildə Bakı şəhərində 80 min nəfərə yaxın adam yaşayırdı.1886-ci ildə Bakının gəliri 327 min manata çatırdı, gəlirin əsas hissəsi (təxminən 90 min manat) yükdaşımaların payına düşürdü.

İmperatorun qatarı Bakı şəhərinə şənbə günü gündüz saat 12-də gəldi. Qubernatorun evinin üstündə xüsusi formalı bayraq asılmış, gəmilərdən yaylım atəşləri açılmışdı. Dəmiryol stansiyasına gedən yol bayraqlar və bitkilərlə bəzədilmişdi.

Yol boyu bütün şalbanlar Lənkərandan gətirilmiş yaşıl sarmaşıqlarla örtülmüşdü. İmperatriça Mariya Fyodorovna Bakı ictimaiyyətini təmsil edən xanımlar tərəfindən qarşılanmış, qubernatorun arvadı imperatriçaya gül dəstəsi təqdim etmişdi. Şəhərin başçısı xüsusi sinidə qızıldan hazırlanmış qabın içərisində gül dəstəsi təqdim etmişdi.

Buketin bir tərəfində "1888ci il, Bakı" sözləri təsvir olunmuş, digər tərəfində isə brilyantlarla İmperatriçanın soyadının və adının baş hərflərini əks etdirən baş sancağı bərkidilmişdi. Imperatorun ailəsi vağzaldan kilsəyə yola düşür. Kilsədə təntənəli şəkildə qarşılanan imperator buradan qubernatorun evinə gedir.

Qubernatorun evinin girəcəyində Abşeron piyada polkunun əsgərlərindən ibarət fəxri qaravul dəstəsi düzülmüşdü. Evin qarşısındakı meydançaya Bakı quberniyasının bütün təbəqələrini təmsil edən nümayəndələr toplanmışdı. Onların arasında Dağıstan vilayətini təmsil edən general-mayor Çavçavadze, general-mayor Qaydarov, general-leytenant Komarovun başçılıq etdiyi Zakaspi vilayətinin nümayəndələri, Mərv dairəsinin rəisi Alixanov da var idi.

Burada imperatorun önündən Abşeron polku təntənəli marşla keçmişdi. Gündüz saat 3-də imperatorun ailəsi Marinsk qadın gimnaziyasına gəlmişdi. İmperatorun ailəsi buradan müqəddəs Nina qadın gimnaziyasına yola düşmüşdü…

2 günlük səfərdə imperatorun arzusu Bakını görmək olub…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗