Vanda Rozanska 23 iyun 1895-ci ildə Varşavada doğulub.

Şrift
Vanda Rozanska 23 iyun 1895-ci ildə Varşavada doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Vanda Rozanska 23 iyun 1895-ci ildə Varşavada doğulub..

Vanda Rozanska 23 iyun 1895-ci ildə Varşavada doğulub. Atasının adı Yan, anasının adı isə Anila idi. O,Varşava Universitetinin fransız filologiyası fakültəsini bitirib.

Tələbəlik illərində inqilabi fəaliyyətlə məşğul olub və özünü "inqilabçı" adlandırıb, sosialist ideyalarına maraq göstərib və siyasi hərəkatda iştirak edib. Onun Polşanın görkəmli dövlət xadimi Yuzef Pilsudski ilə qohumluğu deyilsə də, təsdiqlənmir. Vanda Rozanska Parisdə Məhəmməd Əmin Rəsulzadə ilə tanış olur.

Onların arasında dərin bir sevgi və hörmət yaranır. Onlar 3 may 1936-cı ildə Parisdə evlənir. Evləndikdən sonra Vanda xanımın adı Leyla olaraq dəyişdirilir.

M. Ə. Rəsulzadə "Leyli və Məcnun" poemasından ilhamlanaraq, ona "Leyla" deyə müraciət edirdi.

Adını dəyişdirdiyinə baxmayaraq, Leyla Rəsulzadə xristian katolik dini baxışlarına sadiq qalmışdı. Dindar olmasa da, həftə sonları İtalya səfirliyinin bağçasındakı katolik kilsəsinə dua etməyə gedirdi. Evləndikdən sonra cütlük Polşada yaşayır.

1939-cu ildə İkinci Dünya müharibəsi başlayır. M. Ə.

Rəsulzadə almanların və rusların əlinə düşməmək üçün 6 sentyabr 1939-da təcili olaraq Rumıniyaya keçir. Rəsulzadənin pasportu olmadığı üçün Buxarestə, Türkiyənin Rumınıyadakı səfiri, köhnə dostu Hamdulla Sübhi Tanrıövərə sığınır. Leyla Rəsulzadə isə ailəsi ilə alman işğalçılarına qarşı aparılan müstəqillik mübarizəsinə qatılmışdı.

Vərəqələrin hazırlanması və toplanması üçün ən uyğun yer onların evi seçilmişdi. Lakin, Leyla xanımın bacısının əri "Gestapo" tərəfindən həbs edilib öldürüldükdən sonra, o da Polşadan qaçaraq Rumıniyada məskunlaşır.1944-cü ildə Sovet ordusu artıq cəbhəni yarıb Qərb istiqamətində irəliləyirdi. Rumınıyaya yaxınlaşdıqlarını gördükdə Rəsulzadələr müharibədə neytrallığını saxlayan İsveçrəyə keçmək istəyirlər.

Lakin İsveçrə sərhəd qoşunları sərhədi keçməyə icazə vermir. M. Ə.

Rəsulzadəni xilas edən onun həyat yoldaşı Vanda xanımın göz yaşları olur.1968-ci ildə Edmund Xaraşkeviçə yazdığı məktubunda bu hadisəni belə xatırlayırdı: "İsveçrəyə daxil ola bilmədik (vizamızın olmasına baxmayaraq). Hər yeri atəş bürümüşdü. Ona görə özümüz öz həyatımızı xilas edərək dərbədər gəzirdik.

Frayburq-im-Braysqauda xəstəxanada azərbaycanlı bir həkim tapıldı, bizə kömək edirdi. Lakin, sonra Reyndən keçid başladı, özüm bu "inanılmaz" möcüzələrə inana bilmirəm ki, sağ-salamat çıxdıq. Sonra isə müttəfiqlərin "qardaşlaşması" başladı.

Yoldaşım "mütləq doğma Bakıya qayıtmalı idi". Və yalnnız onun polyak həyat yoldaşının inanılmaz ah-naləsi amerikalı zabitin ürəyinə toxundu və ayrılmadıq". 1947-ci ildə cütlük Türkiyəyə köçür və Ankarada məskunlaşır.

Onların övladı olmur. Ankarada yaşadıqları müddətdə Leyla Rəsulzadə ərinin siyasi mübarizəsində ona mənəvi dəstək verir, eyni zamanda sadə bir həyat sürür. Türkiyənin Təhsil naziri Tofiq İlərinin köməyi ilə Ankara Milli Kitabxanasında çalışır.

Ankarada yaşayarkən universitetin coğrafiya fakültəsinin rus dili və ədəbiyyatı bölümündə dərs vermək təklifi alır və mövcud işindən daha artıq maaş təklif olunsa da dərhal rədd edir. Rus dilini ana dili kimi bilməsinə rəğmən, rus dili müəlliməsi kimi çalışmağı qəbul etmir.1955-ci ildə M. Ə.

Rəsulzadənin vəfatından sonra Leyla Rəsulzadə Ankarada yaşayır. Onun həyat yoldaşına dərin bağlılığı vardı və ölümündən sonra tənha və yoxsul bir həyat sürür. Leyla Rəsulzadə 21 may 1974-cü ildə müalicə aldığı Ankara xəstəxanasında mədə qanamasından vəfat edir.

O, Cəbəci Əsri məzarlığının xristian bölməsində, 504-cü ada 55 parseldə dəfn edilir. Leyla Rəsulzadənin ölümü ilə bağlı Türkiyədə mühacirlər tərəfindən nəşr olunan "Azerbaycan" dərgisinin 1974-cü ildə çap edilmiş 210-cu sayında nekroloq dərc edilmişdi. Bu nekroloqda onun fədakar bir qadın olduğu vurğulanmış və həyat yoldaşı M.

Ə. Rəsulzadənin mühacirət dövründə ona göstərdiyi mənəvi dəstək xüsusilə qeyd olunmuşdu. 2017-ci ildə Azərbaycan Kültür Dərnəyin təşəbbüsü və Anıtlar Dərnəyinin dəstəyi ilə onun yararsız hala düşmüş məzarı bərpa edilib…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗