Yunanıstan və İspaniya “Patriot” raketlərini Ukraynaya göndərməyəcək

Şrift
🔊 Xəbəri dinlə — Babək
Yunanıstan və İspaniya “Patriot” raketlərini Ukraynaya göndərməyəcək

Vətənim Media xəbər verir ki, Yunanıstan və İspaniya istismar müddəti yaxın vaxtlarda başa çatacaq “Patriot” hava hücumundan müdafiə raketlərini Ukraynaya verməkdən imtina edir. Hər iki ölkənin ehtiyatlarında olan raketlərin Kiyevə göndərilə biləcəyi bildirilir.

Məlumata görə, NATO üzvləri olan Yunanıstan və İspaniya Avropada “Patriot” raketlərinin ən böyük ehtiyatlarına sahib ölkələr sırasındadır. Ukrayna isə Rusiyanın uzaqmənzilli hücumlarından müdafiə olunmaq üçün əlavə raketlər istəyir. Buna baxmayaraq, Afina və Madrid həmin silahları Ukraynaya təhvil vermək niyyətində deyil.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗