Vətənim Media xəbər verir ki, Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərində yaşayış binasına endirdiyi zərbə nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. Ukrayna mediasının yaydığı məlumata əsasən, hücumda 16 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Daha 12 nəfərin taleyi hələ müəyyən edilməyib. Zərbənin dəydiyi ərazidə axtarış-xilasetmə işləri davam edir; dağıntılar altında insanların qalması ehtimal olunur. İlkin məlumatlarda ölənlər arasında üç uşağın olduğu bildirilmişdi.
Əsas mənbə: APA
