Lənkəranda külək 15-ə yaxın iri ağacı aşırıb, kənd işıqsız qalıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Lənkəranda külək 15-ə yaxın iri ağacı aşırıb, kənd işıqsız qalıb

Vətənim Media xəbər verir ki, Lənkəranda səhər saat 09:00 radələrindən başlayaraq bir neçə kənd və yaşayış məntəqəsinə dolu yağıb. Təxminən 4-5 dəqiqə davam edən dolu Separadi, Tükəvilə, Zövlə, Şağlaser və Boladi kəndlərində, eləcə də Nərimanabad qəsəbəsi və Liman şəhərində müşahidə olunub.

Dolu kəsdikdən sonra intensiv yağış və güclü külək başlayıb. Zövlə kəndində 15-ə yaxın irigövdəli ağac yola aşıb, nəticədə hərəkət təxminən bir saat dayanıb. Ağır texnikanın köməyi ilə ağaclar götürüldükdən sonra yol açılıb. Aşan ağaclar kəndin elektrik təsərrüfatına, internet və qaz xətlərinə də ziyan vurub; kənd hazırda işıqsız qalıb. Yağışın dayandığı, havanın günəşli olduğu bildirilir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗