Uşangi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Şrift
🔊 Xəbəri dinlə — Babək
Uşangi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Vətənim Media xəbər verir ki, Bakıda keçirilən cüdo üzrə dünya çempionatının finalında Uşangi Kokauri rusiyalı İnal Tasoyevə məğlub olub. +100 kq çəki dərəcəsində çıxış edən Azərbaycan təmsilçisi bununla turniri gümüş medalla başa vurub.

Kokauri mübarizəyə 1/16 finaldan başlayıb. O, əvvəlcə Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyevi, ardınca Polşalı Yakub Sordili məğlub edərək 1/4 finala yüksəlib. Bu mərhələdə millinin digər üzvü Kənan Nəsibova qalib gələn cüdoçu yarımfinalda Finlandiya təmsilçisi Martti Puumalayneni də üstələyərək finala vəsiqə qazanıb. Həlledici görüşdə Tasoyevə uduzan Kokauri dünya çempionatının gümüş medalçısı olub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗