Vətənim Media xəbər verir ki, Türkiyə Super Liqasının VII turunda “Trabzonspor” səfərdə “Samsunspor”u 3:0 hesabı ilə məğlub edib. Qonaqlar Ernest Muçinin 28-ci, Çibuyke Nvayvunun 38-ci və Frankulino Cunun 40-cı dəqiqədə vurduğu qollarla hesabda üstünlük qazanıblar.
“Trabzonspor”un futbolçusu Melih Kabasakal 43-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Buna baxmayaraq, komanda qalan vaxtda qapısını toxunulmaz saxlayıb. Günün digər oyunlarında “Gənclərbirliyi” ilə “Amedspor” 2:2, “Alanyaspor”la “Erzurumspor” isə 0:0 hesablı heç-heçə edib.
“Fənərbaxça” da səfərdə “Rizespor”u 3:0 hesabı ilə yenərək ardıcıl ikinci qələbəsini qazanıb. “Trabzonspor” və “Fənərbaxça” bu nəticələrdən sonra xallarını 13-ə çatdırıblar.
Əsas mənbə: APA
